Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların TEST BALINDA DƏYİŞİKLİK EDİLDİ

09.01.2026 16:20 453
Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların TEST BALINDA DƏYİŞİKLİK EDİLDİ
2026-2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ixtisaslar üzrə yeni ballar belə olacaq:

Xoreoqrafiya sənəti (bakalavriat) - 50 bal, Aktyor sənəti (bakalavriat) - 100 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (11 illik)) - 40 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (9 illik)) - 50 bal, Xoreoqrafiya sənəti (orta ixtisas təhsili (9 illik)) - 50 bal.

Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə "Xoreoqrafiya sənəti" ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər. "Xoreoqrafiya sənəti" ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

Milli rəqs, rəqs müəllimliyi:

1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün bir rəqs);

2. "Yallı", "Qazağı", "Şalaqoy", "Qaytağı" (oğlanlar üçün iki rəqs);

3. "Yallı", "Qaval", "Nəlbəki", "Yaylıqlarla rəqs" (qızlar üçün iki rəqs).

Balet pedaqogikası:

1. "Karsar", "Don Kixot", "Jizel", "Şelkunçik", "Min bir gecə", "Qız qalası", "Yeddi gözəl" baletlərindən variasiyalar (üç rəqs).

Modern rəqs:

1. Müasir cərəyanlara aid müxtəlif xarakterli üç rəqs.

Qeyd edək ki, "Xoreoqrafiya sənəti" ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.

Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Teatr, kino və xoreoqrafiya sənəti" adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyə olunur.

Son xəbərlər