Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda arvadına sataşan kişini girov GÖTÜRDÜ: İşgəncə verdi

08.01.2026 13:06 627
Lənkəranda arvadına sataşan kişini girov GÖTÜRDÜ: İşgəncə verdi
Lənkəranda kişini girov götürərək, işgəncə veriblər.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İttiham aktına görə, Lənkəran şəhər sakini 34 yaşlı Fuad Mustafayev (adı və soyadı şərtidir) yaşadıqları evdə arvadının telefonuna - "Niyə mənə cavab verməmisən?", - mesajının yazıldığını görüb. O, mesaj yazan şəxsin arvadı ilə birgə çay zavodunda işləyən zərərçəkən olduğunu müəyyən edib.

Bu barədə dostu Mahirə (adı şərtidir) də bildirərək, arvadı ilə sevgi münasibətində olduğunu düşündüyü zərərçəkən Qasımı (adı şərtidir) cəzalandırmaq istəyib. Onlar Füzuli küçəsindəki avtomobil sexinin qarşısında Qasımı Mahirin maşınına mindirərək, Fuadın evinə aparıblar. Evin ikinci mərtəbəsində zərərçəkəni 10-15 dəqiqə nalayiq ifadələrlə təhqir ediblər. Sonra təqsirləndirilən şəxslər zərərçəkəni alçaltmaq üçün onu zorlayıblar. Bununla yanaşı Fuad zərərçəkənin onun arvadına sataşmasından, həmçinin - "Sənin arvadına da belə hərəkət etsələr, keçərsən?" - sualına: "Hə keçərəm", - deməsindən qəzəblənərək, balta ilə Qasımı ölümlə hədələyib.

Onların ifadələri zamanı dediklərinə görə, hadisə anlarını Fuadın oğlu telefon vasitəsilə videoya çəkib. Lakin sonradan video silinib.

Bu əməllərinə görə, Fuad və Mahir saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs istintaq zamanı Qasımdan üzr istədiklərini, himayələrində azyaşlı uşaq olduqlarını və zərərçəkənə dəymiş ziyanı ödədikləri üçün barələrində yüngül cəza verilməsini xahiş ediblər.

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Son xəbərlər