Mojo.az — elanlar
Son Xəbərlər
13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi

07.01.2026 21:06 555
Bank kartlarından pul oğurlayanlara ağır cəza verildi
Bank kartlarından pul oğurlamaqda və digər cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işləri üzrə məhkəmə araşdırması yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məgkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Cavanşir Rüstəmzadə 7 il 6 ay, Mehman Əsədov 9 il, Novruz Qulami isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Cavanşir Rüstəmzadənin 10 il, Mehman Əsədovun 10 il, Qulami Novruzun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə pul oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.

Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.

İttihama görə, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.

Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə etməkdə təqsirləndirilirlər.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) 271.2.2 (Kompüter sisteminə qanunsuz daxil olma- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan olunub.

Son xəbərlər