Mojo.az Banner
11:25 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu  |     11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar: "Maşın saxlamağa yer olmayacaq" (Video)

07.01.2026 11:50 660
Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar:
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, 46-cı binanın qarşısında uşaqlar üçün əyləncə qurğularının quraşdırılacağı bildirilir. Bununla bağlı sakinlərə əvvəlcədən məlumat verilib və artıq ərazidə işlərə başlanılıb.

Lakin sakinlər bu təşəbbüsə etiraz edirlər. Onların sözlərinə görə, layihə həyata keçirilərsə, avtomobillərin saxlanılması üçün yer qalmayacaq.

"Biz bunu istəmirik. Çünki həm uşaqların oynaya biləcəyi sahə məhdudlaşacaq, həm də avtomobilləri park etmək mümkün olmayacaq", - deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə narazılığını belə ifadə edib: "Maşın saxlamağa yer olmayacaq. Təcili bir vəziyyət yaranarsa, ərazidən çıxmaq çətin olacaq. Uşaqlar üçün əyləncə qurğuları quraşdırılması adı ilə işlər görülür, amma sonradan ağaclar içəridə qalır və bina tikilir".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, qeyd olunan ərazidə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələr yaradılır: "İşlər qısa müddətdə yekunlaşacaq və ərazi sakinlərin istifadəsinə veriləcək".
скачать dle 11.3
Mojo.az Banner