Mojo.az Banner
18:54 Pişik sahiblərinin ən çox verdiyi sual: Qısırlaşdırmaq günahdırmı?  |     23:01 5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər  |     22:53 Tanınmış aşığın nəvəsi vəfat etdi  |     22:47 “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video  |     22:39 Sumqayıtda evdə yanğın - Video  |     22:32 Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi  |     22:25 Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video  |     22:20 Can Kolukısa vəfat etdi  |     22:08 Keçəl olan şəxslərin NƏZƏRİNƏ!  |     22:00 Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb  |     21:54 Mexaniklər ən yaxşı 5 ailə avtomobilini açıqladı  |     21:45 Yay depressiyası niyə yaranır? - Psixoterapevt açıqladı  |     21:37 İspaniya miqrantlara görə dənizdə maneə inşa edir  |     21:31 İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı  |     21:09 Xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar?  |     21:05 Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı keçdi  |     20:59 Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir  |     20:50 Sənur Əzizov həbs edildi  |     20:44 Masallıda güclü YANĞIN: Alov taxıl sahələrinə keçdi  |     20:40 Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı  |    
Left Banner
Right Banner

Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

06.01.2026 21:34 600
Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Dumanlı hava yollarda ciddi təhlükə yaradır.

Median.Az
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.

Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Eyni zamanda sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürəti görünüş məsafəsinə uyğun seçmək, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq tövsiyə edilib. Zərurət olmadıqca dumanlı hava şəraitində səfərlərin təxirə salınmasının məqsədəuyğun olduğu vurğulanıb. Dayanma və ya qəza hallarında isə qəza işıqları və xəbərdaredici nişanlardan istifadə olunması tövsiyə edilib.

Piyadalara yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı havada açıq və ya işıq əks etdirən geyimlərdən istifadə etmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub. Həmçinin vurğulanıb ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır. Bir anlıq ehtiyatsızlıq geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol - birgə məsuliyyətdir", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner