Mojo.az Banner
23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |     22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |    
Left Banner
Right Banner

Azərbaycana ən çox dollar gətirən 10 şirkət (SİYAHI)

30.12.2025 19:04 279
Azərbaycana ən çox dollar gətirən 10 şirkət (SİYAHI)
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard dollar olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard dollara çatıb.

Qeyd olunan dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon dollar) ikinci, karbamid (163,4 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin 11 ayı ərzində Rusiyaya 1,1 milyard dollar, Türkiyəyə 546,1 milyon dollar, İsveçrəyə 315,3 milyon dollar, Gürcüstana 306,1 milyon dollar, Ukraynaya isə 190,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Onu da bildirək ki, bu ilin yanvar-noyabr aylarında ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkətin 2-si yeni təsis olunub. Bu ilin ilk 11 ayında 40,2 milyon dollar dəyərində məhsul ixrac edərək ən çox qeyri-neft məhsulu ixrac edən özəl şirkətlərin siyahısında 5-ci sıraya yüksələn "Export Stream" MMC ötən ilin 19 sentyabr tarixində dövlət qeydiyyatına alınıb. Qeydiyyatdan keçdikdən çox qısa müddət sonra ixracatçı şirkətə çevrilib və 2024-cü ilin sonuna kimi 22,8 milyon dollarlıq ixrac həyata keçirib. Bundan başqa, ötən ilin noyabr ayının 25-də dövlət qeydiyyatına alınan "UYTROP" MMC bu ilin ilk 11 ayında 29,5 milyon dollarlıq ixrac ilə 7-ci sırada yer alıb. Ötən ilin noyabr ayının 19-da dövlət qeydiyyatına alınan "HOPER" MMC isə bu il 22,9 milyon dollarlıq məhsul ixrac edib.

Məlumat üçün bildirək ki, xarici ölkələrə ən çox qeyri-neft məhsulu ixrac edən 10 özəl şirkət aşağıdakılar olub:

"AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi – 112 milyon dollar (2024-cü ildə 33,1 milyon dollar).
"Prime Cotton” MMC – 99,5 milyon dollar (90,8 milyon dollar).
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC – 56,9 milyon dollar (37,7 milyon dollar).
"Baku Steel Company” QSC – 53,7 milyon dollar (56,8 milyon dollar).
"Export Stream" MMC – 40,2 milyon dollar (22,8 milyon dollar).
"STP Alüminium” MMC – 39,5 milyon dollar (7 milyon dollar).
"TABATERRA" QSC – 39,3 milyon dollar (30,8 milyon dollar).
"UYTROP" MMC – 29,5 milyon dollar (–).
"KHAN-EL" MMC – 29,1 milyon dollar (28,4 milyon dollar).
"P-AQRO" MMC – 28,9 milyon dollar (26 milyon dollar).скачать dle 11.3
Mojo.az Banner