Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3.3 milyard dollara çatıb

09.12.2025 17:37 825
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3.3 milyard dollara çatıb
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.3% artaraq 3.3 milyard dollar təşkil edib.

Median.Az
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19.4% artaraq 1.1 milyard dollara çatıb.

Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19.6 milyon dollar və ya 52.4%, meyvə-tərəvəz 179.6 milyon dollar və ya 28.6%, alüminium və onlardan hazırlanan məmulatlar 30.6 milyon dollar və ya 16.8%, kimya sənayesi məhsulları 36.9 milyon ABŞ və ya 13.9%, pambıq iplik 3.6 milyon dollar və ya 13.3%, çay 177.6 min dollar və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500.2 min ABŞ dolları və ya 2% artıb.

2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac 27.1% artaraq 892.1 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 0.3% artaraq 288.2 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19.4% artaraq 1.2 milyard dollar təşkil edib.скачать dle 11.3
Mojo.az Banner