Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

29.12.2025 18:18 978
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan "Naxış və siluet" adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin "Faiq Əhməd: 2011-24-cü illər" adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.

Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.

Leyla Əliyevanın bu mədəniyyət ocağını ziyarət etməsi Azərbaycan Milli Xalça Muzeyinin milli xalça sənətinin qorunması, öyrənilməsi və təbliğində, eləcə də tarixi irsi müasir bədii proseslərlə birləşdirən bir mərkəz kimi mühüm rolunu nümayiş etdirir.

Son xəbərlər