Mojo.az Banner
22:34 Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama  |     22:27 Yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən əcnəbiyə hökm oxundu  |     22:22 Alim Qasımov açıq ürək əməliyyatı olunan Aqil Məlikovu ziyarət etdi (FOTO)  |     22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |     20:40 Azərbaycan atıcısı Avropa çempionatında finala yüksəldi  |     20:35 Gürcüstan 55 əcnəbini deportasiya etdi - Azərbaycan vətəndaşları da var  |     20:28 Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO  |    
Left Banner
Right Banner

Cari ildə Bakıda sənaye, tikinti və ticarət sahələrində artım qeydə alınıb

29.12.2025 17:55 333
Cari ildə Bakıda sənaye, tikinti və ticarət sahələrində artım qeydə alınıb
2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manat təşkil edib.

Oxu.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ümumi sənaye məhsulunun 72.8 faizi mədənçıxarma, 23.5 faizi emal sənayesi, 2.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1.1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Hesabat dövründə Bakı sənayesində qeyri-dövlət sektorunun payı 83.1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsullarının xüsusi çəkisi 88.7 faiz, sənaye xarakterli xidmətlərin payı isə 11.3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun əsas hissəsi istehlakçılara göndərilsə də, 2025-ci il dekabrın 1-nə Bakı şəhərində fəaliyyət göstərən sənaye müəssisələrinin anbarlarında 413.8 milyon manat dəyərində hazır məhsul ehtiyatı qalıb. Bununla yanaşı, satış üçün nəzərdə tutulmuş və digər müəssisələrdən alınmış məhsulların dəyəri 48 milyon manat olub.

2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85.6 faizi inşa, yenidənqurma və bərpa, 7.3 faizi əsaslı təmir, 4.3 faizi cari təmir, 2.8 faizi isə sair tikinti işlərindən ibarət olub. Ümumi inşaat işlərinin 92.1 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra edilib.

Hesabat dövründə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10.3 faiz artaraq 8 milyard 160.4 milyon manata çatıb. Bu xidmətlərin 7 milyard 281.3 milyon manatı hüquqi şəxslər tərəfindən göstərilib ki, bu da ümumi həcmin 89.2 faizinə bərabərdir.

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi də artım nümayiş etdirib. 2025-ci ilin yanvar-noyabr aylarında bu göstərici real ifadədə 14.6 faiz artaraq 1 milyard 948.7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən həyata keçirilən ictimai iaşə dövriyyəsi 933.0 milyon manat və ümumi dövriyyənin 47.9 faizinə bərabər olub.

Pərakəndə ticarət dövriyyəsinin həcmi isə 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4 faiz artaraq 34 milyard 605.5 milyon manata yüksəlib. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 0.4 faiz artaraq 19 milyard 253.8 milyon manata, qeyri-ərzaq mallarının dəyəri isə 9.5 faiz artaraq 15 milyard 351.7 milyon manata çatıb. Real ifadədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 6.4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2.7 faiz artıb. İstehlak məhsullarının 36.6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52.2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11.2 faizi isə bazar və yarmarkalarda satılıb.скачать dle 11.3
Mojo.az Banner