Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Ölkə ərazisində 10 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

26.12.2025 11:21 870
Ölkə ərazisində 10 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Azərbaycanda dekabrın 26-sı saat 09:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır.

Yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, Qax (Sarıbaş), Qobustanda 3, Şəki (Kişçay), Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi və Xocalıda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 20, Balakəndə 7, Bakıda və Abşeron yarımadasında 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmir, Şabran, Lerik və Şamaxıda 1 mm-dir.

Dekabrın 25-də bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda 15 m/s-ə çatıb.

Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax (Sarıbaş), Balakən, Şəki, Yevlax, Zərdab, İmişli, Sabirabad və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də 9, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Son xəbərlər