Mojo.az Banner
22:59 “WhatsApp”-da yenilik: ödənişli paket istifadəyə verildi  |     22:51 Yevlax sakini Bakıda qaynını qətlə yetirdi  |     22:46 Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı  |     22:41 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:39 Mühərrik yağları yenidən bahalaşdı - VİDEO  |     22:28 Radə Məmmədova vəfat edib  |     22:15 Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilə bilər - AÇIQLAMA  |     22:09 Ətin qiyməti dəyişəcək - Yeni qayda  |     22:00 Qumar və kazino oyunlarına qarşı POLİSDƏN ƏMƏLİYYAT  |     21:53 Avtobusların kondisionerləri niyə işə salınmır? - VİDEO  |     21:46 BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb  |     21:39 Kəskin istilər gəlir — Ekoloqdan açıqlama  |     21:15 Göygöldə müəllim vəfat etdi - Foto  |     21:06 Pensiyaçıların nəzərinə! — AÇIQLAMA  |     20:50 Alyona Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib  |     20:42 Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib  |     20:36 Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı  |     20:27 Şəhid ailəsi üzvü olan 14 müəllim iş yerini dəyişmək imkanı qazandı  |     20:21 Big Ben 13 dəfə zəng çalsa… -Londonun qülləsinin sirrləri  |     20:02 Bu ərazilərdə qaz olmayacaq  |    
Left Banner
Right Banner

Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi

23.12.2025 15:13 387
Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.

Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.

İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.

Zati-aliləri, mən Bakıda olarkən "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda "Pakistan Asan Xidmət" mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra "Pakistan Asan Xidmət" mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış "Pakistan Asan Xidmət" mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".скачать dle 11.3
Mojo.az Banner