Mojo.az Banner
11:34 Zərdabda qəsdən yanğın törədən şəxs cəzalandırıldı  |     11:05 Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır  |     10:59 "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi  |     23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |     22:45 418 taksi sürücüsü imtahandan kəsildi  |     22:37 İmişlidə FACİƏ: Velosiped sürən beş yaşlı uşaq traktorun altında qalaraq öldü  |     22:32 Pirşağıda 16 yaşlı yeniyetmə dənizdə itkin düşüb  |     22:25 Bakı-Tbilisi-Bakı üzrə əlavə qatarlar niyə artırılmır?  |     22:19 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |     22:13 Matviyenko: "Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər"  |     22:05 Saxta spirtli içkilər niyə korluğa səbəb olur?  |     21:57 Poverbankla bağlı xəbərdarlıq: Hansı hallarda təhlükəlidir? - Video  |     21:54 Rusiyaya pul göndərənlərin NƏZƏRİNƏ: AMB-dən mühüm açıqlama  |     21:43 6 milyon yükləmə: İstifadəçilər niyə "Google Xəritələr" əvəzinə bu naviqatora keçirlər?  |     21:36 Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat  |     21:30 Zelenski Ceyhun Bayramovu belə qəbul etdi - VİDEO  |     21:22 Erkən yaşda sosial mediadan istifadə uşaqların imtahan nəticələrinə necə təsir edir?  |     21:17 Beynəlxalq təcrübədə kartdan-karta limitləri - Praktika nə deyir?  |    
Left Banner
Right Banner

AZAL-ın vitse-prezidenti: "Qazaxıstanın qəzaya uğrayan təyyarə ilə bağlı ilkin hesabatı tam deyil"

23.12.2025 11:29 543
AZAL-ın vitse-prezidenti:
"İlkin hesabat göstərib ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, ona qarşı qeyri-qanuni fiziki müdaxilə baş verib".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin vitse-prezidenti İlham Əmirov AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, hazırda bu hadisənin istintaqı davam edir:

"Qazaxıstanda dövlət komissiyası yaradılıb. Mövcud beynəlxalq qanunlarda, o cümlədən "Çikaqo" konvensiyasında belə hadisələrin təhlili standartları və tələbləri göstərilib. Bunlara uyğun olaraq, hadisə baş verdiyi andan bir ay ərzində yaranmış komissiya ilkin hesabat verməlidir. Bu hesabat artıq bu ilin yanvarın sonunda Qazaxıstanda yaranmış dövlət komissiyası tərəfindən dərc olunub. Ancaq bu tam hesabat deyil. Tam hesabat hazırlanıb başa çatmayıb, komissiya öz işini davam etdirir".

O əlavə edib ki, ilkin hesabat bu qısa faktları özündə əks etdirir: "Yəni həmin hesabatda təyyarə, sərnişinlərin sayı, sərnişinlərin neçəsinin sağ qalması, neçəsinin həlak olması və sair kimi faktlar əks olunub. İlkin hesabatla təsdiq olunub ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada olarkən qeyri-qanuni fiziki müdaxilə baş verib".скачать dle 11.3
Mojo.az Banner