Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri

20.12.2025 17:24 453
“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri
“Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub".

Bunu “Trend”ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

DİM sədri bildirib ki, 2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsi ləğv edilib:

"Həmin hadisədə təşkilatçı universitet müəllimi idi - dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir”.скачать dle 11.3
Mojo.az Banner