Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

20.12.2025 15:40 750
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Median.Az
Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.

Son xəbərlər