Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Saxta spirtli içki təhlükəsi: AQTA bayram günləri ilə bağlı MÜRACİƏT etdi

19.12.2025 12:06 450
Saxta spirtli içki təhlükəsi: AQTA bayram günləri ilə bağlı MÜRACİƏT etdi
"Qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan "işbazlar"ın qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür".

Bu barədə AQTA-nın müraciətində deyilir.

Qeyd olunur ki, adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyi və bu istiqamətdə ictimai nəzarət mühüm əhəmiyyət kəsb edir.

"Kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. Zəhərlənməyə səbəb olan metil texniki və sənaye spirtidir, onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur.

Qida üçün nəzərdə tutulmayan təhlükəli maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadəsi qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır.

İstehlakçıların bu məsələdə diqqətli olmaları tövsiyə olunur. Belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən AQTA-nın "1003-Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur. İctimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etsinlər", - müraciətdə qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner