Mojo.az Banner
18:37 Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR  |     18:31 Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA  |     18:22 Belçika millisinin DÇ-2026 üçün yekun heyəti bilindi  |     18:02 Maksimum balı təkcə o topladı  |     17:56 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:44 Türküstan Bəyannaməsi imzalandı  |     17:26 Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik  |     17:19 Əsgəran Silah Muzeyi yaradılır  |     17:04 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ - Video  |     16:46 164 min manatlıq dələduzluq edən qadın hakim qarşısında  |     16:34 14 nəfər imtahandan qovuldu, bir nəfər maksimum bal topladı  |     16:05 Azərbaycanda neçə qadın aliment verir?  |     16:00 Qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     15:52 On minlərlə məhbus cəbhədə: Rusiya həbsxanaları necə boşalır? - Yeni hesabat  |     15:35 İcra başçısı müavinini bu səbəbdən işdən çıxardı  |     15:33 Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…  |     15:04 Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib  |     14:47 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi  |     14:45 Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ  |     13:29 Rusiya və Ukrayna 205 hərbçini dəyişdirdilər  |    
Left Banner
Right Banner

AQTA bayram günləri ilə bağlı vətəndaşlara çağırış edib

20.12.2023 15:50 1 006
AQTA bayram günləri ilə bağlı vətəndaşlara çağırış edib
Yeni illə əlaqədar spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları diqqətli olmağa çağırıb.

Agentlikdən verilən məlumata görə, ölkədə bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir.

Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, əhalinin də bu məsələyə ciddi yanaşması və diqqətli olması vacibdir.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır.

Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var.

Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən agentliyin “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.скачать dle 11.3
Mojo.az Banner