Mojo.az — elanlar
Son Xəbərlər
22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "16-cı NATO günləri" keçirilib

13.12.2025 14:04 1 038
Bakıda
"16-cı NATO günləri" çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Səfərin məqsədi Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində ölkəmiz beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.

Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.

"16-cı NATO günləri" çərçivəsində keçirilən görüşlərin sonunda hədiyyə mübadilələri aparılıb, xatirə şəkilləri çəkdirilib.

Son xəbərlər