Mojo.az Banner
23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |     22:00 Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - Video  |     21:52 Hande Erçel sərbəst buraxıldı  |     21:46 İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü - Yaralılar var  |     21:30 Murad Dadaşov əməliyyatdan sonra  |     21:24 Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı  |     21:17 Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi  |     21:11 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA  |     21:02 At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - Video  |     20:56 İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb  |     20:49 Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - Video  |    
Left Banner
Right Banner

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

11.12.2025 22:09 465
Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır.

Valyuta.az xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırılan bir dil ekosistemində insanlar fərqinə varmadan robotların danışıq tərzini təqlid etməyə başlayır və bu hal ən sadə forumlardan ən ciddi siyasi çıxışlara qədər geniş sahələrə sirayət edir.

Maks Plank İnstitutunun tədqiqatçıları tərəfindən yayımlanan bir araşdırma da bu təsirin miqyasını ölçməyə çalışıb. ChatGPT-nin istifadəyə verilməsindən sonra "YouTube" istifadəçilərinin söz ehtiyatında "vurğulamaq", "qavramaq", "gücləndirmək" kimi sözlərin daha tez-tez işləndiyi müəyyən edilib. Tədqiqatçılar bu dəyişikliyin söhbət robotlarına məruz qalmaqla sıx əlaqəsi olduğunu bildirirlər.

Bu vəziyyət yalnız akademik təhlillərlə məhdudlaşmır. "Reddit” kimi platformaların icma rəhbərləri onlayn məkanların keyfiyyətsiz, süni zəka tərəfindən yaradılan paylaşımlarla dolduğundan şikayət edirlər. Xüsusilə real insan hekayələri və dram axtarılan icmalarda paylaşımların süni zəka tərəfindən hazırlanması həmin icmaların varlıq səbəbini təhlükəyə atır. Moderatorlar isə bu cür məzmunu ayırd etmə üsullarının yalnız "hissə” əsaslandığını etiraf edirlər. Hətta bəziləri əsas problemin artıq insanların da süni zəka kimi yazmağa başlaması olduğunu düşünür. Bir icma rəhbəri bunu belə ifadə edir: "İnsanlar süni zə kanı, süni zəka isə insanları daha çox xatırladır”.

Siyasətdən qəhvə dükanlarına qədər yayılan qəribə üslub

Bu mədəni ötürülmənin ən diqqətçəkən nümunəsi siyasi sahədə müşahidə olunub. Bir esse müəllifi Birləşmiş Krallıq parlamentinin üzvlərinin çıxışlarını ChatGPT-yə yazdırdıqları iddialarını araşdırarkən maraqlı bir detal aşkarlayıb. ABŞ qanunvericilərinə aid olan "Danışmaq üçün ayağa qalxıram” kimi ifadələrin ingilis deputatları tərəfindən heyrətamiz dərəcədə tez-tez işləndiyi müəyyən edilib. Müəllif bildirir ki, bu ifadə bir gün ərzində 26 müxtəlif millət vəkili tərəfindən səsləndirilib. Bu hal süni zəkanın "mədəni praktikaları onlara aid olmayan məkanlara daşıması” kimi şərh olunur.

Bu yeni və süni üslub ictimai məkanlarda da nəzərə çarpır. Məsələn, məşhur bir qəhvə şəbəkəsinin filiallarında asılan və "Bura sizin qəhvə evinizdir, gündəlik ritminizə toxunmuş, xatirələrin yarandığı...” kimi emosional, lakin formaca uğursuz cümlələrdən ibarət lövhələrdə, ChatGPT-nin ortaya çıxmasından sonra yaranan qəribə və narahatedici düzyazı tərzi özünü göstərir. Fərqinə varsak da, varmasaq da, bu üslubun müəyyən hissəsi artıq hamımızın düşüncə tərzinə yerləşib və dilimizin təbii axınını təhdid edir.скачать dle 11.3
Mojo.az Banner