Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Volodimir Zelenski: Mümkün ərazi həlli məsələsi referendum yolu ilə müəyyən edilməlidir

11.12.2025 20:47 483
Volodimir Zelenski: Mümkün ərazi həlli məsələsi referendum yolu ilə müəyyən edilməlidir
Mümkün ərazi həlli məsələsi Ukrayna xalqı tərəfindən – seçkilər və ya referendum yolu ilə müəyyən edilməlidir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 11-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Amerika tərəfi Donbasın bir hissəsində “azad iqtisadi” zona və ya rusların dediyi kimi, “demilitarizasiya” zonasının yaradılmasını təklif edir. Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq.

Eyni zamanda, Zelenski bildirib ki, bir çox suallar açıq qalır. Daha doğrusu, bu zonaya kimin nəzarət edəcəyi, monitorinq mexanizminin necə olacağı, rus qoşunlarının hansı məsafəyə çəkilib-çəkilməyəcəyi və Rusiya qüvvələrinin “mülki” qüvvələr adı altında mümkün sızmasının qarşısının necə alınacağı məsələləri sual doğurur.скачать dle 11.3
Mojo.az Banner