Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu

11.12.2025 19:31 420
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
Azərbaycanda müxtəlif bələdiyyələrə məxsus torpaq sahələrinin satış və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr 7 yanvar tarixində keçiriləcək.

Median.Az
bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

Məlumata görə, Abşeron, Salyan, Saatlı, Sabirabad, Neftçala, Yevlax, Kürdəmir, Ağdaş və digər rayonlarda yerləşən onlarla torpaq sahəsi satışa və uzunmüddətli icarəyə çıxarılıb.

Abşeron rayonunda Qobu, Xırdalan və Fatmayı bələdiyyələrinin ərazilərində fərdi yaşayış evi tikintisi üçün torpaqlar təklif olunur. Qobu qəsəbəsində 800 kv.m sahə 8800 manat ilkin qiymətlə, Xırdalanda 100 kv.m sahə 5323 manatla, Fatmayıda isə 400 kv.m torpaq 6500 manatla hərraca çıxarılıb.

Salyan rayonunun Şorsulu kəndində sahibkarlıq fəaliyyəti üçün 400 kv.m-lik torpaq sahəsi satışa çıxarılıb. Arbatan bələdiyyəsinin Marışlı kəndində isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 8680 kv.m-lik sahə 15 illik icarəyə verilir.

Kənd təsərrüfatı təyinatlı torpaqların ən çox təklif olunduğu bölgələr Sabirabad və Neftçala rayonlarıdır. Sabirabadda Surra, Qaralı, Axısxa və Qaratəpə kəndlərində 1 hektardan 100 hektaradək dəyişən əkin və örüş sahələri icarəyə çıxarılıb. Neftçalanın Xoltəzəkənd kəndində isə 3–4 hektar arası torpaqlar 15 illik icarəyə təklif olunur.скачать dle 11.3
Mojo.az Banner