Mojo.az Banner
16:59 Bolqarıstanın baş naziri hökumətin istefasını elan etdi  |     16:49 Ərini qətlə yetirməkdə təqsirləndirilən qadın özünü müqəssir bilmir  |     16:39 10 ayda xarici ticarət dövriyyəsi 40 milyard dollara çatıb  |     16:24 Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı HƏBS OLUNDU (YENİLƏNİB)  |     16:16 Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi başlayıb  |     15:48 Eldar Əzizovun ailəsinə AĞIR İTKİ  |     15:45 İtkin düşən balıqçıların axtarışına helikopter cəlb olundu  |     15:41 Sabah bu yollar bağlı olacaq - SİYAHI  |     14:26 Saqqızdan zəhərlənən şagirdlərlə bağlı AQTA-dan AÇIQLAMA  |     14:03 5 aptekdə nöqsanlar aşkarlandı  |     13:50 Azərbaycanda siqaretin qiyməti bahalaşacaq  |     13:48 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     13:47 Bakıda neft quyusu yaxınlığında yanğın  |     13:36 Azərbaycanın üç boksçusu dünya çempionatında yarımfinala yüksəlib  |     13:36 "Şərurlu İsfəndiyar"ın məhkəməsində Ramiz Mehdiyevin də adı hallanır: Vəkil etiraz etdi  |     13:35 Rusiyada universitetdə partlayış: Ölənlər və yaralananlar var  |     13:33 Fəaliyyəti dayandırılan "Paysis"in tutulan rəhbərinin əmlakına HƏBS QOYULDU (Yenilənib)  |     13:31 Paşinyan: "Əminəm ki, Azərbaycan nümayəndə heyətləri yaxın gələcəkdə Ermənistana səfər edəcəklər"  |     13:30 Azərbaycanı Türkmənistanın bitərəfliyinin tanınmasının ildönümü ilə bağlı tədbirlərdə Baş nazir təmsil edəcək  |     13:28 İrandan Azərbaycana 53 kiloqram narkotiki keçirmək istəyən şəxs TUTULDU  |    
Left Banner
Right Banner

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi başlayıb

11.12.2025 16:16 162
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi başlayıb
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə ilkin məhkəmə baxış prosesi keçirilir.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə baxılır.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ona hüquq və vəzifələri izah edilir.

Qeyd edək ki, cari il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq tədbirləri nəticəsində Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - AKMS markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 7 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 9 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerindən təxliyə edilərək zəruri tibbi yardımlar göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3