Mojo.az Banner
19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayıb

20.09.2021 13:55 1 989
Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala rayonunda ərini öldürməkdə təqsirləndirilən Şahzadə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, bu il mayın 6-da rayonun Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vurub xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.

Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner