Mojo.az Banner
18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Beyləqanda vəzifəli şəxsdən şikayət edən qadın məhkəməyə verildi

11.12.2025 13:00 399
Beyləqanda vəzifəli şəxsdən şikayət edən qadın məhkəməyə verildi
Beyləqan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsindən şikayət edən qadın məhkəməyə verilib.

Oxu.az-ın məlumatına görə, Beyləqan Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Bəndəliyev ondan şikayətçi olan rayon sakini Həmidə Kərimova barəsində xüsusi ittiham qaydasında Beyləqan Rayon Məhkəməsinə şikayət edib. A.Bəndəliyev şikayətçi qadının həbsini tələb edib.

İş Beyləqan Rayon Məhkəməsinin sədrinin icraatına veriləndən sonra isə H.Kərimova məhkəmə tərkibinə etiraz edib və bu barədə Şirvan Apellyasiya Məhkəməsinə müraciət ünvanlayıb. Məhkəmə etirazı təmin edib və iş digər hakimlərin icraatına verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Beyləqan rayon sakini Həmidə Kərimova media qurumlarına müraciət edərək bildirib ki, o, aztəminatlı ailə kimi ünvanlı sosial yardım aldığı halda yardım qəfil kəsilib. Xanım məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, onun xəbəri olmadan adı Beyləqan Rayon Kommunal Müəssisələr Təsərrüfatında işçi kimi rəsmiləşdirilib.

Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, qurumun rəhbəri Arzu Bəndəliyevin qanunsuz hərəkətlərindən şikayət edib. O, daha sonra "TikTok" sosial şəbəkəsində çıxış edərək, A.Bəndəliyevi ittiham edib. Müəssisə rəhbəri də H.Kərimova tərəfindən şərəf və ləyaqətinin təhqir edildiyini iddia edib və bu barədə məhkəməyə müraciət edib.скачать dle 11.3
Mojo.az Banner