Mojo.az Banner
21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda küçələrdən birində hərəkətin təşkili dəyişdirildi: Məsafə və vaxt qısalacaq (Video)

10.12.2025 16:51 450
Bakıda küçələrdən birində hərəkətin təşkili dəyişdirildi: Məsafə və vaxt qısalacaq (Video)
Bakıda Həsən bəy Zərdabi və Heydər Hüseynov küçələrinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədilə yeni layihə icra olunur.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.

Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət təmin edilir.

Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmış layihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcə də piyadaların mobillik ehtiyacları qarşılanır.скачать dle 11.3
Mojo.az Banner