Mojo.az Banner
13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Marketdə satılan yumurtanın köhnə və ya təzə olmasını necə ayrıd edək? - RƏSMİ CAVAB

10.12.2025 15:27 333
Marketdə satılan yumurtanın köhnə və ya təzə olmasını necə ayrıd edək? - RƏSMİ CAVAB
Son zamanlar mağazalarda satılan yumurtaların təzəliyi ilə bağlı bəzi narahatlıqlar ifadə olunur.

Xüsusilə qiymətlərin dəyişməsi və satış dövriyyəsinin sürətlənməsi fonunda alıcılar məhsulun nə dərəcədə keyfiyyətli olduğundan əmin olmaq istəyirlər.

Təzə yumurta həm dad, həm də sağlamlıq baxımından vacib olduğundan, istehlakçılar onun köhnə və ya yeni olduğunu müəyyənləşdirmək üçün etibarlı üsullar axtarırlar.

Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, marketlərdə köhnə və ya təzə yumurtanı ayırd etmək üçün onun istehsal tarixinə baxmaq kifayə edir:

"Vətəndaşlar bilməlidir ki, yumurtanın istehsalı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) gündəlik yoxlamalar aparır. Bunun əsasında isə baytarlıq arayışı təqdim olunur. Bu arayışla yumurtanın üzərindəki tarixi qarşılaşdırmaqla onun köhnə və ya təzə olmasını müəyyən etmək olur.

Qeyd edim ki, hazırda ölkədə tarladan süfrəyə qədər istənilən qida və ya ərzaq məhsuluna AQTA tərəfindən ciddi nəzarət var. Bu nəzarət son üç ildə Azərbaycan qidasına olan inamı birə beş artırıb.

Azərbaycanda marketlərdə satılan yumurtanın üzərində istehsal tarixinin olmaması mümkün deyil. Əgər belə bir hal olarsa, həmin şəxs və ya şirkət barəsində qanunla nəzərdə tutulmuş addımlar atılır".скачать dle 11.3
Mojo.az Banner