Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" - "Ayaks" matçına doğru: Statistik məlumatlar

10.12.2025 15:08 909
UEFA "Qarabağ" və "Ayaks" arasında keçiriləcək Çempionlar Liqasının matçından əvvəl statistik məlumatları açıqlayıb.

İki komanda arasında avrokuboklarda əvvəlki yeganə qarşılaşma ötən mövsüm baş tutub.

UEFA Avropa Liqasının əsas mərhələsinin Bakıda baş tutan matçında qonaqlar 3 cavabsız qolla qalib gəliblər.

"Qarabağ" son beş UEFA turnir oyununda (3 heç-heçə, 2 məğlubiyyət) Niderland komandalarına qalib gələ bilməyib.

Bu mövsüm evdə keçirdiyi son beş Avropa Kuboku matçından yalnız birində məğlub olan "Qarabağ" klubu son dörd ev oyununun hər birində ən azı iki qol vurub.

"Ayaks" hazırda UEFA klub yarışlarında səkkiz oyunluq məğlubiyyət seriyasına malikdir ki, bu da klubun tarixindəki ən uzun seriyadır.

Amsterdam komandası Avropa Kuboku/Çempionlar Liqası tarixində (seçmə mərhələləri daxil olmaqla) 397 qol vurub. Komanda 400-cü qolunu vuraraq bu mərhələni keçən ilk Niderland klubu olmağa çalışacaq.

Qeyd edək ki, 5 turdan sonra "Qarabağ"ın 7 xalı var. Xalı olmayan "Ayaks" isə sonuncu yerdədir.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.

Son xəbərlər