Mojo.az Banner
23:00 Bu şəxslər "TikTok"dan milyonlar qazanır  |     22:53 Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub  |     22:47 Böyük satışda balans dəyişir: "Netflix"in qarşısına 108 milyard dollarlıq maneə çıxdı  |     22:42 ABŞ bu il 85 min vizanı ləğv edib  |     22:35 Evdən oğurluq edən kürəkən saxlanıldı  |     22:30 Bu xəstəxanalarda "vozafiks" yoxa çıxdı - Həkimlər TƏBİB-i günahlandırır  |     22:21 Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik "Ölülər kitabı"nda niyə çəkilir? (VİDEO)  |     22:16 Rusiyada hərbi təyyarə qəzaya uğradı: 7 nəfər öldü  |     22:10 Ehtiyac meyarı 15 manat artırıldı  |     22:03 Tom Kruzun keçmiş həyat yoldaşları ayrıldığı sevgilisini dəstəklədi  |     21:58 Okeanların ən soyuq müharibəsi: Buzqıran gəmilər necə işləyir?  |     21:51 Azərbaycan Dövlət Radiosuna yeni direktor təyin olundu  |     21:47 Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq  |     21:40 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     21:34 Metronun "İçərişəhər" stansiyası yaxınlığında QƏZA: Avtomobil AŞDI (Video)  |     21:26 Ermənistanın dövlət borcu 10 faizdən çox artıb  |     21:21 Gümüşün qiyməti üç faizdən çox artaraq tarixi maksimumu yenilədi  |     21:14 Daha bir yeni nəsil qatar xəttə buraxıldı  |     21:05 Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub  |     20:59 Namizəd Səfərov saxlanıldı  |    
Left Banner
Right Banner

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi

09.12.2025 20:31 117
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 9-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxsin nümayəndəsi Azər Manafov ifadəsində bildirib ki, Ermənistanın mina terroru nəticəsində zərər çəkib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında baş vermiş mina partlayışı nəticəsində hadisə yerində olan bir neçə nəfərin yaralandığını, Cavid İsmayılovun isə həlak olduğunu deyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs Yadulla Abuşov diqqətə çatdırıb ki, Kəlbəcər rayonu ərazisində düşmən tərəfindən minaatanlar və digər silahlardan açılan atəşlər nəticəsində bir neçə şəxs həlak olub, özü və daha bir neçə şəxs isə yaralanıb.

Zərərçəkmiş şəxs Sahil Salahov ifadəsində bildirib ki, Xocavənd rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan mərminin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs qeyd edib ki, hadisə nəticəsində bir neçə şəxs həlak olub.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

İclasda, həmçinin cinayət işi materiallarında olan ekspertiza rəyləri, protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər elan olunub.

Sonra məhkəməyə sədrlik edən bildirib ki, bununla da cinayət işi üzrə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan edilməklə tədqiqi başa çatıb.

Təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edərək, cinayət işi ilə bağlı bəzi sənədlərlə tanış olmaq istədiyini bildirib, eləcə də bəzi sənədlərin cinayət işindən xaric olunmasını xahiş edib.

Məhkəməyə sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin konkret hansı sənədlərlə tanış olmaq istədiyi müəyyənləşdirildikdən sonra ona müvafiq şərait yaradılacağını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəməyə müraciət edərək cinayət işi üzrə digər zəruri sənədlərin də tədqiq olunmasını təklif edib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.скачать dle 11.3