Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

ATƏT XİN Şurası: "Cənubi Qafqazda sülh prosesi başa çatan ilin ən vacib hadisəsidir"

04.12.2025 19:50 423
ATƏT XİN Şurası:
Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesini başa çatan ilin ən vacib hadisələrindən biri kimi qeyd ediblər.

Median.Az
"Report"a istinadən xəbər verir ki, günün birinci yarısındakı ən diqqətçəkən çıxış Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin bəyanatı olub.

O vurğulayıb ki, sülh yolunda irəliləyiş və razılaşmalara nail olunması öz-özünə baş verən bir proses kimi qəbul edilməməlidir - bu, təqdir və dəstəyə layiq səylər tələb edir.

İclasda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bu məsələyə diqqət yetirərək, baş verənləri uğur kimi dəyərləndirib.

"Biz bu ilin avqustunda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə ikitərəfli sülh müqaviləsinin (Vaşinqtonda) paraflanmasını yüksək qiymətləndiririk. Avropa İttifaqı bundan sonra da bu prosesi bütün mümkün vasitələrlə dəstəkləyəcək", - K.Kallas bildirib.

Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevin sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı davam edən danışıqlar "hər iki tərəfin onilliklərlə davam edən münaqişəyə son qoymaq istəyini əks etdirir".

"Bolqarıstan regional sabitliyə və iqtisadi əməkdaşlığa yol açacaq münasibətlərin tam şəkildə normallaşmasını səbirsizliklə gözləyir", - o əlavə edib.

Digər xarici işlər nazirləri, o cümlədən Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək ifadə ediblər. Bildirilib ki, bu, bütün region və Avropa üçün yeni imkanlar açır.скачать dle 11.3
Mojo.az Banner