Mojo.az Banner
22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kimlərin icbari tibbi sığorta ödəməyəcəyi məlum oldu

02.12.2025 16:18 531
Kimlərin icbari tibbi sığorta ödəməyəcəyi məlum oldu
Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib ki, uşaqlar, pensiyaçılar, əlilliyi olanlar, əmək qabiliyyəti olmayan şəxslər, o cümlədən işsizlər dövlət tərəfindən icbari tibbi sığorta olunacaq.

Nazir qeyd eidb ki, növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait ayrılıb: "Bu, təqribən 7,3-7,5 milyon insanın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortası əmək müqaviləsinin şərtlərinin uyğun olaraq işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır. Yəni, minimum əhalinin 95%-i tibbi sığorta ilə tam şəkildə əhatə olunacaq.

Kimlər əhatə dairəsindən kənarda qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalır. Söhbət qeyri-formal məşğul şəxslərdən gedir. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortalarını özləri ödəyəcək.

Bəs belələri necə müəyyən ediləcək? Xüsusi qaydalar olacaq, belələrinin müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, bir dəfə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti, güzəştli və müsbət bir addımdır".скачать dle 11.3
Mojo.az Banner