Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Airbus 6 min təyyarəsini geri çağırır: Qlobal uçuş şəbəkəsi təhlükədə

29.11.2025 15:36 384
Airbus 6 min təyyarəsini geri çağırır: Qlobal uçuş şəbəkəsi təhlükədə
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Airbus" markalı sərnişin təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib.

Median.Az
xəbər verir ki,aviaşirkətdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, "Airbus" şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparıb.

Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib. Tövsiyələrə uyğun olaraq həmin təyyarələrin proqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb.

Direktivləri "Airbus" A320 ailəsinə aid təyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlar aşkarlanandan sonra göndərib. İstehsalçının məlumatına görə, güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadə edilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədar olaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb və hava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib.

AZAL bütün texniki məsələləri vaxtında və tam şəkildə həll edib. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdə fəaliyyət göstərir.

AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə və beynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinə yetirilir.скачать dle 11.3
Mojo.az Banner