Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Airbus" sifarişləri iyul ayında 29 dəfə azalıb

08.08.2025 19:03 1 125
Avropanın təyyarə istehsalçısı olan "Airbus" iyul ayında cəmi 7 təyyarə sifarişi alıb ki, bu da iyun ayında qəbul edilən 207 təyyarə sifarişi ilə müqayisədə 29 dəfə azdır.

Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

İlin əvvəlindən etibarən "Airbus"dan ümumilikdə 501 təyyarə sifariş edilib, lakin ləğv olunan sifarişlər nəzərə alındıqda bu rəqəmin 405 olduğu qeyd edilir.

Şirkətin müştərilərinə iyul ayında təyyarə təhvilləri 6,3 % artaraq 67 ədədə çatıb. İlin əvvəlindən isə 373 təyyarə təhvil verilib.

Qeyd edək ki, "Airbus" dünyada ən böyük aviasiya, kosmik və müdafiə sənayesi şirkətlərindən biridir. Şirkətə sərnişin təyyarələri istehsal edən "Airbus SAS", müdafiə və kosmik sahə üzrə fəaliyyət göstərən "Airbus Defence and Space", həmçinin helikopter istehsalı ilə məşğul olan "Airbus Helicopters" bölmələri daxildir.скачать dle 11.3

Son xəbərlər