Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: Paşinyan daha Simonyana etibar etmir

28.11.2025 13:27 771
KİV: Paşinyan daha Simonyana etibar etmir
"Vətəndaş Sazişi Partiyası (VSP) əmindir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentin yeni tərkibinə daxil olmayacaq, çünki o, adi deputat statusu ilə barışmayacaq. Vaaqn Xaçaturyanın səlahiyyətləri bitəndən sonra və ya o, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Ermənistan prezidenti vəzifəsinə namizəd kimi onun nəzərdən keçirildiyi barədə bir qədər əvvəl söhbətlər dolaşırdı. Belə görünür, artıq bu məsələ müzakirə edilmir: Simonyan Ermənistan baş naziri Nikol Paşinyanın gözündən düşüb və bunun səbəbi müəyyən mənada onun şəxsi həyatından qaynaqlanır. Üstəlik, baş nazirin yeni favoritləri peyda olub".

Bu barədə Ermənistanın "Qraparaq" nəşri yazıb:

"VSP üzvlərinin fikrincə, Alen Simonyan hələ on il öz imtiyazlı statusundan istifadə edə bilər. Əgər növbədənkənar seçki keçirilməsə və o, öz səlahiyyətlərini iyunda başa çatdırsa, qanunamüvafiq olaraq, dövlətin mühafizəsində olacaq. Parlamentin sabiq sədri kimi, hələ on il bütün imtiyazlardan - mühafizəçilərdən, xidməti avtomobildən, mənzildən və digər imkanlardan istifadə edəcək. Partiyada əmindirlər ki, Simonyan bu imtiyazları öhdəlik tələb edən hər hansı bir vəzifədən üstün tutacaq.

Yeri gəlmişkən, Alen Simonyan parlamentin sədri vəzifəsindəki müddətini sonuna qədər işləmiş ilk spiker ola bilər, çünki əvvəlki sədrlər səlahiyyət müddətləri bitmədən vəzifədən gediblər".

Son xəbərlər