Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-də böyük dalğa üç nəfəri okeana aparıb

25.11.2025 19:41 720
ABŞ-də böyük dalğa üç nəfəri okeana aparıb
Kaliforniyadakı Böyük Sur çimərliyində altı metrlik dalğa iki qadın və bir kişini okeana aparıb.

Bu barədə "Los Angeles Times" məlumat yayıb.

Qeyd olunub ki, qadınlar özləri sahilə çıxıb və daha sonra xəstəxanaya aparılıblar. Digər şəxs isə itkin düşüb.

"Dənizdə yaranan güclü dalğalar adətən qaya­ların arasından keçərək olduğundan xeyli daha uzağa apara və sahili gözlənilmədən basqına məruz qoya bilər", - deyə ABŞ-ın meteoroloji xidməti bildirib.

Çimərliyin yerləşdiyi parkın sözçüsü bildirib ki, Sahil Mühafizəsinin helikopteri okeanda insan bədəninə bənzəyən bir obyekt görüb, lakin tezliklə onu gözdən itirib.

Son xəbərlər