Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tramp taxt üzərində oturmuş şəklini paylaşıb

24.11.2025 19:36 759
Tramp taxt üzərində oturmuş şəklini paylaşıb
ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsi "Truth Social"da süni intellekt vasitəsilə yaradılan özünün taxt üzərində oturmuş şəklini paylaşıb.

O, öz sosial şəbəkəsindəki səhifəsində istifadəçilərdən birinin paylaşımının ekran görüntüsünü yerləşdirib.

Fotoda Tramp qızıl zirehli geyimdə böyük bir taxtda əyləşmiş vəziyyətdə təsvir olunub. Onun qarşısında iki kişi və bir qadın əyləşib.

"Daily Beast" nəşri iddia edir ki, siyasətçinin ayaqları qarşısında azlıqların lideri Çak Şumer, Massaçusets ştatından olan senator Elizabet Uorren və Kaliforniya ştatından olan demokrat senator Adam Şiff təsvir edilib. A.Şiffin barəsində hakimiyyət orqanları ipoteka fırıldaqçılığı ilə bağlı araşdırma aparır.

Son xəbərlər