Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Honkonqda çikunqunya qızdırmasına tutulanların ümumi sayı 70 nəfərə çatıb

24.11.2025 16:55 699
Honkonqda çikunqunya qızdırmasına tutulanların ümumi sayı 70 nəfərə çatıb
Honkonqda çikunqunya qızdırmasına yoluxmuş daha iki nəfər qeydə alınıb. Bununla da 2025-ci ildə burada sözügedən qızdırmaya yoluxanların ümumi sayı 70 nəfərə çatıb.

Bu barədə məlumatı TASS yayıb.

Yerli səhiyyə mərkəzinin məlumatına görə, bu rəqəm əvvəlki illər ərzində qeydə alınmış yoluxma faktlarının ümumi sayından təqribən üç dəfə çoxdur.

"Çikunqunya qızdırmasına Honkonqun hüdudlarından kənardan gətirilmiş daha iki yoluxma faktı qeydə alınıb. Bir kişi və bir qadın Çinin materik hissəsinə səfər zamanı bu xəstəliyə yoluxublar. Bununla da ilin əvvəlindən şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 70-ə çatıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, tibdə bu virusa qarşı nə dərman, nə də peyvənd mövcuddur. Onun inkubasiya dövrü adətən 3-12 gün çəkir. Xəstəliyin başlanğıcı həmişə qəfil olur - temperatur kəskin şəkildə yüksəlir, üşütmə, bel və oynaq ağrıları, səpgi əmələ gəlir. Xəstəliyin daşıyıcıları "Aedes aegypti" və "Aedes albopictus" ağcaqanadlarıdır.скачать dle 11.3
Mojo.az Banner