Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəqsanə İsmayılova ev dustaqlığına necə buraxıldı?

20.11.2025 13:34 2 127
Rəqsanə İsmayılova ev dustaqlığına necə buraxıldı?
Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılmasının detalları məlum olub.

Median.Az
Manset.az-a istinadən xəbər verir ki, müğənninin 520 min dollar dələduzluq etdiyi Gündüz Məmmədova dəymiş zərərin bir hissəsi sənətçinin qızı Aysun İsmayılova tərəfindən ödənilib.

Bundan əlavə, Rəqsanə İsmayılovanın və ailəsinin dostluq etdiyi, əslən Şəmkir rayonundan olan və Rusiyada yaşayan iki tanınmış iş adamı da zərərçəkmişə dəymiş zərərin tam şəkildə ödəniləcəyinə dair söz veriblər.

Sonra müğənninin vəkili Hikmət Əliyev tərəfindən Sabunçu Rayon Məhkəməsinə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edilib. Müraciətdə qeyd olunub ki, zərərçəkənlə ilkin razılaşma əldə olunub və qalan məbləğin də tam ödəniləcəyi bildirilib. Həmçinin müğənninin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq ev dustaqlığı tətbiq olunması xahiş edilib.

Ötən gün Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə qərar elan olunub.скачать dle 11.3
Mojo.az Banner