Mojo.az Banner
20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda genişzolaqlı internetin orta sürəti açıqlanıb

18.11.2025 19:09 735
Azərbaycanda genişzolaqlı internetin orta sürəti açıqlanıb
Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (84,82 Mbps) görə sentyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 84-cü olub.

Median.Az
"Speedtest Global Index"ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (57,62 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 47 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (64,22 Mbps), İran (19,88 Mbps), Gürcüstan (44,03 Mbps), Ermənistan (73,95 Mbps), Qazaxıstan (82,47 Mbps) və Qırğızıstanı (83,87 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (406,14 Mbps), axırıncı yeri isə Suriya (3,51 Mbps) tutub.

Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə sentyabr ayına nisbətən 1 pillə geriləyərək 79,94 Mbps sürətlə 104 ölkə arasında 53-cü olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (652,87 Mbps), sonuncu yeri isə Boliviya (13,96 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 4 pillə geriləyərək 201 şəhər arasında 85,02 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso (417,99 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,75 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 101,66 Mbps sürətlə 150 şəhər arasında 79-cu olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (726,55 Mbps), sonuncu yeri La Pas (Boliviya) (9,72 Mbps) tutub.скачать dle 11.3
Mojo.az Banner