Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16.07.2025 19:21 1 041
Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib
Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (81,36 MB/S) görə may ayına nisbətən 4 pillə irəliləyərək 152 ölkə arasında 83-cü olub.

"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,87 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (393,15 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.

Azərbaycan iyunda mobil internetin sürətinə görə isə may ayına nisbətən 2 pillə irəliləyərək 72,52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (546,14 MB/S), sonuncu yeri isə Boliviya (13,92 MB/S) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən sabit qalaraq 196 şəhər arasında 78,78 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (347,52 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,55 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 88,2 MB/S sürətlə 150 şəhər arasında 87-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (561,48 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,76 MB/S) tutub.скачать dle 11.3

Son xəbərlər