Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "Lukoil" YDM-lərində nağdsız ödəniş dayandırıldı

17.11.2025 17:42 579
Bakıda
Bakıda sürücülər "Lukoil" yanacaqdolurma məntəqələrində (YDM) kartla ödəniş edə bilmədiklərini bildirirlər.

Median.Az
-in məlumatına görə, Modern.az-a müraciət edən vətəndaşlar qeyd edir ki, məntəqələrdə yalnız nağd ödəniş qəbul olunur, POS-terminallar işləmir.

YDM-lərdə probemin səbəbi açıqlanmayıb. Məsələ ilə əlaqədar "Lukoil" Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndəliyin əməkdaşı saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

Bildirilib ki, nağdsız ödənişlərdə texniki problem yaşanıb: "Banklarla olan müvəqqəti problemdir. Terminal hələki işləməyəcək. Nə vaxtdan bu problemin aradan qalxacağını bilmirik. Amma bilirik ki, bu hal müvəqqətidir".

Ekspertlər isə problemin ABŞ-nin tətbiq etdiyi sanksiyalar olduğunu bildirir. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 24 oktyabr 2025-ci ildə "Lukoil" və onun 34 törəmə şirkətini sanksiya siyahısına salıb. Bu qərardan sonra şirkətin dollar əməliyyatlarına məhdudiyyət qoyulub, ABŞ-dakı aktivləri dondurulub və amerikalı təşkilatlarla əməkdaşlıq qadağan edilib. Sanksiyalar nəticəsində şirkətin beynəlxalq bank əməliyyatlarında ciddi çətinliklər yarandığı bildirilir.

Sanksiyaların təsiri təkcə qlobal əməliyyatlarla məhdudlaşmır. Bankların xarici ödənişləri qəbul etməkdən imtinası səbəbindən "Lukoil"in xaricdəki strukturları, o cümlədən Azərbaycan üzrə əməliyyatları da risk altına düşüb. Şirkət 27 oktyabrda xarici aktivlərini Avstriya üzərindən satışa çıxardığını açıqlamış, 5 noyabrda isə bu aktivlərin 100 faizinin "Gunvor" şirkətinə satılması üçün ilkin razılıq əldə etmişdi. Amma ABŞ sanksiyaları sövdələşmənin icrasını çətinləşdirir.

Qeyd edək ki, "Lukoil Azərbaycan" birbaşa ABŞ-ın sanksiya siyahısında yer almasa da, beynəlxalq bank kanallarında məhdudiyyətlər səbəbindən kart ödənişlərinin qəbulu ilə bağlı çətinliklər yaşandığı bildirilir.скачать dle 11.3
Mojo.az Banner