Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

14.11.2025 21:09 861
Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində bürünc medal qazanıb.

Median.Az
xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.

Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Son xəbərlər