Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Fransada "Tesla" salonunun dayanacağında 20-dən çox avtomobil yandı

13.11.2025 19:38 591
Fransada
Fransanın Marsel şəhərinin yaxınlığında avtomobil salonunun dayanacağında 20-dən çox "Tesla" avtomobili yanıb.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

"Le-Pen-Mirabo şəhərində "Tesla"nın avtomobil salonunun dayanacağında baş verən yanğın nəticəsində bu markanın 24 avtomobili məhv olub", - deyə materialda qeyd olunub.

Yanğın söndürüldükdən sonra, dayanacağa dəymiş ziyana baxmayaraq, avtomobil salonu işini adi qaydada davam edib.

Son xəbərlər