Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Boeing" təyyarə qəzasında həlak olan şəxsə görə 28 milyon dollardan çox təzminat ödəyəcək

13.11.2025 15:19 819
Çikaqo federal məhkəməsinin andlılar məhkəməsi "Boeing" şirkətinin öhdəsinə 2019-cu ildə Efiopiyada "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş BMT əməkdaşı Şikha Qarjın ailəsinə 28 milyon dollardan çox təzminat ödəmək öhdəliyi qoyub.

Bu barədə "Reuters" məlumat yayıb.

BMT-nin ətraf mühitin mühafizəsi üzrə əməkdaşı olan Şikha Qarjın ailəsi faizlər nəzərə alınmaqla, 35.85 milyon dollar alacaq.

İddiaçılar bildiriblər ki, "737 MAX" təyyarəsi qüsurla layihələndirilib və "Boeing" sərnişinləri və ictimaiyyəti təyyarənin təhlükəli olması barəsində məlumatlandırmayıb.

Bildirilir ki, "Boeing" apellyasiya şikayəti verməyəcək.

"Ethiopian Airlines" şirkətinin 302 nömrəli reysi ilə Əddis-Əbəbədən (Efiopiya) Nayrobiyə (Keniya) uçan təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Bundan beş ay əvvəl isə "Lion Air" şirkətinə məxsus təyyarə İndoneziya yaxınlığında Yava dənizinə düşüb. Bu qəzalarda 346 nəfər həlak olub. Özü də hər iki qəza avtomatlaşdırılmış uçuş idarəetmə sistemi səbəbindən baş verib.

Bu, hər iki təyyarə qəzasından sonra açılan onlarca məhkəmə işindən birincisidir. Agentliyin məlumatına görə, şirkət qəzalarla bağlı məhkəmə iddialarının 90%-dən çoxunu milyardlarla dollar təzminat ödəməklə həll edib.скачать dle 11.3
Mojo.az Banner