Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Yeni imtahan modeli şagirdləri çətin vəziyyətdə qoydu - Video

11.11.2025 12:22 996
Yeni imtahan modeli şagirdləri çətin vəziyyətdə qoydu - Video
9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənlərindən tətbiq edilən yeni model gözlənilən nəticəni verməyib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, yeni modelə əsasən şagirdlərə şəkillər təqdim olunur və onlar həmin şəkillər üzrə bilik və bacarıqlarını yazılı şəkildə ifadə etməlidirlər. Lakin aparılan təhlillər göstərir ki, imtahan iştirakçılarının bu tapşırıqlara cavab vermə faizi kifayət qədər aşağıdır.

Ekspert bildirib ki, 2025-ci ildə tətbiq olunan bu yeni sual modeli effektiv nəticə verməyib:

"Aparılan sorğular göstərir ki, müəllimlər dərs prosesində bu tipli tapşırıqlardan istifadə etməyə çalışsalar da, model şagirdlərin bilik səviyyəsini tam əks etdirmir. Dövlət İmtahan Mərkəzi tərəfindən yazı bacarıqlarını yoxlamaq məqsədilə tətbiq edilən bu model özünü doğrultmayıb. Nəticədə, şagirdlərin topladığı bal səviyyəsi aşağı düşüb".

Kamran Əsədov əlavə edib ki, modelin şagirdlərin nəticələrinə mənfi təsir göstərdiyi artıq müşahidə olunur və real bacarıqların qiymətləndirilməsi üçün yanaşmanın yenilənməsi vacibdir.

Yeni modelə əsasən, imtahan iştirakçılarına bir şəkil təqdim edilir və onlardan həmin şəkillə bağlı minimum 35 sözdən ibarət fikir yazmaları tələb olunur. Bu üsul şagirdlərin yazı bacarıqlarını ölçmək məqsədi daşıyır.

Ekspertin sözlərinə görə, bu il orta məktəblərin 9-cu sinfi bitirən təxminən 135 min şagird məhz bu model əsasında imtahan verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər