Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tayvanda 5,3 bal gücündə zəlzələ oldu

10.11.2025 11:26 849
Tayvanda 5,3 bal gücündə zəlzələ oldu
Tayvanın cənubunda 5.3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə yerli meteorologiya idarəsindən məlumat verilib.

Məlumata görə, zəlzələnin episentri Qaosyun liman şəhərindən 72.1 km şimal-şərqdə olub.

Yeraltı təkanların ocağı isə 7.8 km dərinlikdə yerləşib.

Dağıntı və insan itkisi barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, bu, son aylarda adada baş verən ilk zəlzələ deyil. İyunun 12-də Tayvanın şərqində 6.2 bal gücündə güclü yeraltı təkanlar qeydə alınıb. Oktyabrın 8-i və 18-də ölkənin şərqində müvafiq olaraq 5 və 5.3 bal gücündə zəlzələlər baş verib. Oktyabrın 31-də isə Xualyan bölgəsində 5 bal gücündə yeraltı təkanlar olub.

Son xəbərlər