Mojo.az Banner
13:31 Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı  |     13:11 Norveç kralı V Harald vəfat etdi  |     13:02 Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı  |     12:52 Baş nazir yeni dövlət proqramı ilə bağlı qurumlara tapşırıq verdi  |     12:44 Bakıda tarixi məscidə və daha iki memarlıq abidəsinə qanunsuz müdaxilə olub - RƏSMİ  |     12:26 Qiyabi təhsil alanlara da hərbi çağırışdan möhlət hüququ veriləcək?  |     12:22 Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı – Siyahı  |     12:18 Yer kürəsini maqnit qasırğası bürüyəcək  |     12:17 Bakı-Xırdalan qatarlarının sürət həddi azaldılıb - SƏBƏB  |     12:11 Bakıda poladtökmə zavodunda ölüm  |     12:10 Nepal daşqınlardan sonra xarici dövlətlərin yardımından imtina etdi  |     12:09 İlin son Ay tutulması başa çatdı  |     12:07 Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı  |     12:05 "Uduş", "hədiyyə", "kampaniya" təklifləri TƏLƏ OLA BİLƏR - DİN-dən XƏBƏRDARLIQ  |     12:04 Masallıda əkin sahəsində meyit tapıldı  |     12:03 Bəzi rayonlara leysan yağıb, güclü külək əsir - FAKTİKİ HAVA  |     11:58 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başladı  |     11:56 Tərcüməçi Ziya Muradov dağ yürüşündə öldü - Ailəsi faktın araşdırılmasını istəyir (Yenilənib)  |     11:54 Güclü külək iki qadını xəstəxanalıq etdi  |     11:53 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu  |    
Left Banner
Right Banner

90-cı illərdə banda yaradaraq quldurluq, qətl və digər cinayətlərdə ittiham olunan şəxsə hökm oxunub

04.11.2025 18:30 852
90-cı illərdə banda yaradaraq quldurluq, qətl və digər cinayətlərdə ittiham olunan şəxsə hökm oxunub
Cinayətkar birlik (banda) təşkil edərək Bakının müxtəlif ərazilərində ağır cinayətlər törətməkdə təqsirləndirilən və uzun müddət axtarışda olan Xalid Tağıyev 15 il müddətə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Həmçinin prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Xalid Tağıyevin 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparıldığı bildirilib.

Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan edilib.

Xalid Tağıyev bu il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Ona qarşı 2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.

İttihama görə, X. Tağıyev 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törədib.

İttihamda qeyd olunub ki, o, 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi öldürüb.

Həmçinin Xalid Tağıyev həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirak etməkdə təqsirləndirilib.
//reportскачать dle 11.3
Mojo.az Banner