22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |     22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |     21:47 Slovakiya səfiri Azərbaycana təşəkkür edib  |     21:40 Suriya prezidenti vəzifəli şəxslərdən lüks avtomobillərin açarlarını tələb edib  |     21:30 Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ  |     21:11 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana gəlməsi müzakirə olunur  |     20:56 36 yaşlı arvadının başını daşa vuraraq öldürmüşdü: Xüsusi amansızlıqla qətl törədən Rəşada HÖKM OXUNDU  |     20:48 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     20:38 "Dedi ki, kişilərlə danışırsan, bıçağı soxdu anasına" - Xaçmazdakı qətlin TƏFƏRRÜATI  |     20:15 "Sushi Club" bağlandı: Ciddi nöqsanlar aşkarlandı  |     20:07 Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?  |     19:59 Hikmət Hacıyev: "Zəngəzur dəhlizi üzrə Naxçıvanda dəmir yolu infrastrukturuna beynəlxalq tərəfdaşlar cəlb olunacaq"  |     19:53 Rüşvət alan meşə gözətçisi həbs olundu  |     19:46 İsmayıllıda rayonun adı yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb  |    

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

"Statistik proqnozlara görə, 2026–2030-cu illər arasında birinci sinfə qəbul ediləcək uşaqların sayı hazırkı göstəricidən təxminən 10–15 faiz az olacaq. Bu, gələcəkdə müəllimlərin sayında tənzimləmə və ixtisar ehtimalını artırır”.

Bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycanda doğum səviyyəsinin azalmasının gələcəkdə müəllimlərin ixtisarına səbəb ola biləcəyi sualına cavabında deyib.

O bildirib ki, doğum səviyyəsindəki bu azalma gələcəkdə məktəb, müəllim və ümumilikdə təhsil infrastrukturunun yenidən optimallaşdırılmasını tələb edəcək:

"Hazırda Azərbaycanda 150 minə yaxın müəllim fəaliyyət göstərir. Əgər hər il orta hesabla 14–15 min az uşaq məktəbə gedəcəksə, 10 ildən sonra ibtidai və əsas təhsil səviyyəsində 10–12 min müəllimin artıq qalması mümkündür. Bu isə dövlətin kadr siyasətində çevik qərarlar qəbul etməsini tələb edəcək. Lakin burada ixtisar yox, yenidən yönləndirmə və ixtisasartırma mexanizmlərinin tətbiqi daha məqsədəuyğundur”.

Ekspertin fikrincə, azalma təkcə məktəblərə deyil, ali təhsil, peşə təhsili və elmi-tədqiqat sektoruna da mərhələli şəkildə təsir göstərəcək.

"Əgər 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 90 min abituriyent iştirak etmişdisə, 2030-cu ilə qədər bu sayın 60–65 minə enəcəyi gözlənilir. Bu, universitetlərin maliyyə dayanıqlığına, professor-müəllim heyətinin sayına və elmi potensialın yenilənməsinə ciddi təsir göstərəcək”.

Kamran Əsədov hesab edir ki, doğum səviyyəsinin azalması fonunda gələcəkdə doktorantura və tədqiqat proqramlarına müraciət edən gənclərin sayında azalma kadr qıtlığını dərinləşdirə bilər:

"Peşə və orta ixtisas təhsili sektorunda da oxşar vəziyyət formalaşır. 2024-cü ildə ölkədə peşə təhsili müəssisələrində təhsil alanların sayı 32 min nəfər olub, bu da ümumi təhsilalanların cəmi 2 faizinə bərabərdir. Əgər demoqrafik azalma tendensiyası davam edərsə, peşə məktəblərinə qəbul edilənlərin sayı daha da azalacaq, bu isə sənaye və texniki sektorun insan resurslarını məhdudlaşdıracaq.

Belə halda, Elm və Təhsil Nazirliyinin son illərdə başladığı peşə təhsilinə marağın artırılması, "PeşəFest”, "Skills Azerbaijan” kimi təşəbbüslər və əmək bazarı ilə inteqrasiyanı gücləndirmə siyasəti xüsusi əhəmiyyət daşıyır”.

Ekspert qeyd edib ki, əgər bu proses davamlı xarakter alarsa, bəzi təhsil müəssisələri boş qala bilər:

"Regionlarda məktəb şəbəkəsi daralacaq və bu da bəzi kəndlərdə məktəblərin bağlanmasına və müəllimlərin miqrasiyasına səbəb ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən regional təşviq mexanizmləri – məsələn, kənd müəllimlərinə əlavə maliyyə dəstəyi, mənzil proqramları və xidmət stajının artırılması kimi tədbirlər həyata keçirilməlidir. Lakin mənfi təsirlərlə yanaşı, bu prosesin müsbət tərəfləri də var. Siniflərin seyrəlməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Əgər 2000-ci illərdə bir sinifdə 30–35 şagird təhsil alırdısa, indi bəzi bölgələrdə bu rəqəm 15–18-dir. OECD standartlarına görə, kiçik siniflərdə tədris daha məhsuldar sayılır. Bu da müəllim–şagird münasibətlərinin daha fərdi, psixoloji və pedaqoji baxımdan dərin qurulmasına şərait yaradır”.

Kamran Əsədov vurğulayıb ki, doğum səviyyəsindəki azalma Azərbaycan təhsil sisteminə həm təzyiq, həm də fürsət yaradır:

"Təzyiq – çünki gələcəkdə şagird və tələbə kontingenti azalacaq, bu da kadr və struktur dəyişikliklərini qaçılmaz edəcək.

Fürsət – çünki sistemin optimallaşdırılması, keyfiyyətin artırılması və resursların yenidən bölgüsü üçün yeni imkanlar açılır.

Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi təhsil şəbəkəsinin optimallaşdırılması, region məktəblərinin klasterləşdirilməsi, müəllimlərin yenidən ixtisaslaşdırılması və peşə təhsilinin gücləndirilməsi siyasəti bu reallıqlara adekvat cavabdır. Dövlətin strateji yanaşması bundan sonra miqdar yox, keyfiyyət prinsipinə əsaslanmalıdır. Azalan uşaq sayı daha çox investisiyanın hər bir şagirdin fərdi inkişafına yönəlməsi üçün tarixi imkan yaradır. Bu, gələcəkdə həm təhsilin, həm elmin, həm də ümumilikdə insan kapitalının keyfiyyət göstəricilərini yüksəldəcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə ölkədə 166 210 uşaq doğulub. Sonrakı illərdə bu rəqəm ardıcıl şəkildə azalıb:

* 2019-cu ildə – 141 179,
* 2020-ci ildə – 126 571,
* 2021-ci ildə – 112 284,
* 2022-ci ildə – 122 846,
* 2023-cü ildə – 112 620,
* 2024-cü ildə isə cəmi 102 310 körpə dünyaya gəlib.

Azalma 2025-ci ildə də davam edir: yanvar–avqust ayları ərzində Azərbaycanda 63 698 uşaq doğulub – bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 431 nəfər az deməkdir.

Gələn tədris ilində birinci sinfə təxminən 14 min az uşaq gedəcək.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 31.10.25 20:07