Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI

08.05.2021 18:09 1 929
Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI
Bu il müəllimlərin işə qəbulunda 50 min nəfərin iştirakı gözlənilir.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, 8-9 min insanın iş yeri ilə təmin edilməsini gözləyirik:

“Bu müsabiqədə 9 minə yaxın insanın işlə təmini kifayət qədər böyük rəqəmdir. Lakin bəziləri 40 minə yaxın şəxsin işlə təmin oluna bilməməsini qəribə qarşılaya bilər. Nəzərə almaq lazımdır ki, bu müsabiqədir və biz ən layiqli namizədlərin seçiləcəyini düşünürük”.

Nazir qeyd edib ki, hazırda işləyən müəllimlərin də imtahan buraxılmasına icazə veriləcək.

O bildirib ki, müəllimlərin işə qəbulu məsələsi önəmlidir:

“Bakıda biologiya müəlimlərinin sayı 995, Fizika 890, Coğraiyfa 894, Kimya 673, ibtidai 5879 , Azərbaycan dili və Ədəbiyyat 2979, Riyaziyyat müəllimlərinin sayı isə 2521 nəfərdir. Bu yerlərdə yaşı 21-dən 65-ə qədər olan orta hesabla 40 il çalışacaq insanlar orada işləyir. Bakı şəhəri üzrə bu yerlərin 1/40-i vakant yer kimi çıxa bilər”.

Vakant yerlərə təsir edən amillərdən biri şagird sayıdır. 2010-cu ildən başlayaraq şagird sayında artım olsa da, növbəti illərdə şagird sayında azalmalar olacaq. Bu ümumi demoqrafik göstəricilərlə bağlıdır”, - deyə nazir qeyd edib.скачать dle 11.3
Mojo.az Banner