Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı

29.10.2025 11:02 522
Quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı
Biləsuvarda quzusu xəstələndiyi üçün arvadına əsəbiləşən şəxs onu döyərək xəsarət yetirib.

Hadisə rayonun Xırmandalı kəndində baş verib.

Belə ki, kişi 3 avqust 2025-ci il tarixdə, işdən sonra yoldaşları ilə yemək yeyərkən spirtli içki qəbul edib. Həmin gün saat 23 radələrində yaşadığı evə qayıtdıqdan sonra onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənib və spirtli içkinin təsiri altında olduğu üçün quzusunun xəstələnməsinə görə arvadını günahkar bilib.

O, zərərçəkmiş şəxsə illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını deyərək irad tutub. Bu zəmində onlar arasında mübahisə yaranıb və həmin mübahisə vaxtı o, arvadının üzərinə hücum edib, sonuncunun baş nahiyəsinə 2-3 dəfə yumruqla, bud nahiyəsinə isə bir neçə dəfə təpiklə zərbələr endirib. Bundan sonra onun hirsi soyuyub və yataq otağına keçib yatıb. O, səhəri gün sakitləşib və etdiyi əməldən peşman olub. Lakin zərərçəkmiş şəxs onu bağışlamayaraq, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edib.

Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə 360 saat ictimai işlər növündə cəza təyin edilib.
//oxu.az

Son xəbərlər