Mojo.az Banner
14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |    
Left Banner
Right Banner

Ölümcül döyüldüyü üçün atasının ürəyi partlayıb ölmüşdü: Özü də xəstəxanada vəfat etdi

28.10.2025 12:37 807
Ölümcül döyüldüyü üçün atasının ürəyi partlayıb ölmüşdü: Özü də xəstəxanada vəfat etdi
Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən 41 yaşlı kişi xəstəxanada ölüb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, İ.Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.

İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev isə bir neçə gün öncə gecə ürək çatışmazlığından vəfat etmişdi.

Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov hadisəni törətdikdən sonra qaçıb gizləniblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner