Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısının oğluna yüksək VƏZİFƏ VERİLDİ

23.10.2025 20:50 984
İcra başçısının oğluna yüksək VƏZİFƏ VERİLDİ
Kənan Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub.

Bu barədə müvafiq əmr imzalanıb.

O, oktyabr ayından aparat rəhbəri vəzifəsində çalışır.

K.Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes Məktəbində bakalavr təhsili alıb. 2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.

2023-2024-cü illərdə İspaniyanın Madrid şəhərində yerləşən İE Universitetinin Biznes Məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.

Əmək fəaliyyətinə 2016-cı ildə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis kimi başlayan K.Əliyev, 2017-2021-ci illərdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində çalışıb.

2021-2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsini icra edib. 2022-ci ilin sentyabrından 2025-ci ilin avqustunadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik kimi fəaliyyət göstərib.

Qeyd edək ki, "Qafqazinfo"nun məlumatına görə, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.скачать dle 11.3
Mojo.az Banner